Azərbaycan Prezidenti İlham Əliyev Ümumhəmkarlar
İttifaqları
Konfederasiyasının
prezidentini və baş katibini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının
prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovu və
Ümumhəmkarlar İttifaqları Konfederasiyanın baş
katibi Vladimir Şerbakovu qəbul edib.
Görüşdə
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının
İcraiyyə Komitəsinin Bakıda keçirilən növbəti
iclasının beynəlxalq əməkdaşlıq
baxımından önəmi vurğulandı. Azərbaycan ilə
Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyası arasında
uğurlu əməkdaşlığın həyata
keçirildiyi qeyd edildi, əlaqələrimizin perspektivləri
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 23 oktyabr.- S.1.