Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan
vilayəti
qubernatorunun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru
Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüşdə
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında ikitərəfli münasibətlərin
bütün sahələrdə uğurla inkişaf etdiyi
vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı
subyektləri, o cümlədən Həştərxan vilayəti
ilə əməkdaşlığının genişlənməsindən
məmnunluq ifadə olundu. Bu yaxınlarda Həştərxanda
Xəzəryanı ölkələrin dövlət
başçılarının IV Sammitinin keçirilməsinin
bu ölkələr arasında əlaqələrin
inkişafı işinə xidmət etdiyi bildirildi.
Qubernator
Aleksandr Jilkin Heydər Əliyev Fondu tərəfindən Həştərxanda
həyata keçirilən layihələri yüksək qiymətləndirdi
və bu layihələrin vilayətin əhalisi tərəfindən
böyük rəğbətlə
qarşılandığını qeyd etdi.
Görüşdə
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan
vilayəti arasında əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 23 oktyabr.- S.1.