Prezident İlham
Əliyev Qətərin Azərbaycandakı səfirini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də
Qətər Dövlətinin ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Mübarək bin Fəhd
Əl-Tanini fəaliyyət müddətinin başa
çatması ilə əlaqədar qəbul edib.
Görüşdə
Azərbaycan Respublikası ilə Qətər Dövləti
arasında ikitərəfli əlaqələrin uğurla
inkişaf etdiyi məmnunluqla vurğulandı, əməkdaşlığımızın
genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu bildirildi, əlaqələrimizin
bundan sonra da dərinləşəcəyinə əminlik ifadə
olundu.
Azərbaycan.-2014.- 23 oktyabr.- S.1.