Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya “Həştərxan
vilayəti qarşısındakı
xidmətlərinə görə” ordeni təqdim olunub
Oktyabr
22-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya
Federasiyası Həştərxan vilayətinin qubernatoru
Aleksandr Jilkinlə görüşü olub.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan
vilayəti qarşısındakı xidmətlərinə
görə” ordeni təqdim olunub.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva qubernator Aleksandr Jilkini
Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə Həştərxan
vilayətini səmərəli əməkdaşlıq əlaqələrini
birləşdirdiyini dedi. Mehriban Əliyeva rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir
sıra iri layihələr
reallaşdırdığını qeyd etdi. Fondun təşəbbüsü
və dəstəyi ilə Həştərxanda ümummilli
lider Heydər Əliyevin adını daşıyan 11 saylı
məktəb, uşaq bağçası, “Dostluq”
körpüsü, uşaq əyləncə şəhərciyi,
knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev
Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə
əminliyini ifadə edərək, Azərbaycan və
Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini
söylədi. Qeyd edildi ki, siyasi, iqtisadi əlaqələrlə
yanaşı, mədəniyyət və təhsil sahəsində
də münasibətlərin genişləndirilməsinə
böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva
Fondun layihələrinin Həştərxan vilayətinin
qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini
bildirərək, Aleksandr Jilkinə təşəkkür etdi.
Heydər
Əliyev Fondunda təşkil edilən görüşə
görə minnətdarlığını bildirən Aleksandr
Jilkin Fondun Həştərxanda
reallaşdırdığı layihələrin istiqamətinin
düzgün seçildiyini vurğuladı. Qubernator qeyd etdi
ki, bu layihələrin hamısı Həştərxan sakinləri
tərəfindən böyük rəğbətlə
qarşılanır.
Həştərxan
vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən
danışdı, bunun ölkələrimiz arasında
mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini
söylədi.
Görüşdə
Azərbaycan ilə Həştərxan arasında birbaşa
aviareysin açılmasının vacibliyinə toxunuldu, Həştərxan
sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək
arzuları qeyd edildi, Şahdağ, Naftalan kimi kurortların
böyük maraq doğurduğu vurğulandı.
Görüşdə
Avropa Oyunlarına hazırlıq məsələləri də
müzakirə edildi, Oyunların yüksək səviyyədə
keçiriləcəyinə əminlik ifadə olundu.
Oyunları izləmək üçün Həştərxandan
ölkəmizə çoxlu sayda insanların gələcəyi
bildirildi. Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda
mədəni tədbirlərin keçirilməsinin
mümkünlüyü qeyd edildi. Eyni zamanda, Azərbaycan ilə
Həştərxan arasında balıqçılıq sahəsində
əməkdaşlıq məsələsi diqqət mərkəzində
oldu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi
ilə birgə nərə balıqları ilə bağlı
layihənin həyata keçirilməsi müzakirə edildi.
Aleksandr
Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
“Həştərxan vilayəti qarşısındakı xidmətlərinə
görə” ordenini və xatirə hədiyyəsini təqdim
etdi.
Azərbaycan.-2014.- 23 oktyabr.- S.2.