Prezident İlham
Əliyev Serbiyanın Azərbaycanda yeni
təyin
olunmuş səfirinin
etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də
Serbiya Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.
Səfir Neboyşa Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin
hazırkı vəziyyətindən
məmnunluq ifadə edildi, əməkdaşlığın
müxtəlif sahələrdə
genişləndirilməsi üçün
yaxşı potensialın
olduğu bildirildi.
Səfir Neboyşa Rodiç ölkələrimiz arasında
əlaqələrin daha
da inkişaf etdirilməsi üçün
səylərini əsirgəməyəcəyini
vurğuladı.
Azərbaycan.-2014.-
24 oktyabr.-
S.1.