İlham Əliyev
Avropa Atıcılıq
Konfederasiyasının və
Rusiya Atıcılıq
İttifaqının prezidentini
qəbul edib
Prezident İlham Əliyev Avropa
Atıcılıq Konfederasiyasının və Rusiya
Federasiyası Atıcılıq İttifaqının prezidenti
Vladimir Lisini qəbul edib.
Görüşdə idmanın
müxtəlif növləri,
o cümlədən atıcılıq
idmanı üzrə ölkəmizdə yüksək
standartlara uyğun infrastrukturun yaradıldığı
qeyd edildi, mötəbər beynəlxalq
idman yarışlarının,
eləcə də bu günlərdə Azərbaycanda atıcılıq
üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin
önəmi vurğulandı.
Söhbət zamanı
2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən
danışıldı, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq
üzrə Avropa çempionatına hazırlıq
işlərinin yüksək
səviyyədə aparıldığı
bildirildi.
Azərbaycan.- 2014.- 24 oktyabr.- S.1.