İnsan hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə
Nazirliyində görüş
Oktyabrın
23-də ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov insan
hüquqları üzrə Avropa komissarı Nils Mujniyeks ilə
görüşüb.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycan ilə Avropa
Şurası arasında əməkdaşlıq münasibətlərinin
səviyyəsindən məmnunluq ifadə olunub, dövlətimizin
prioritetlərindən olan insan hüquqlarının təminatına
yönələn tədbirlər, o cümlədən ölkəmizin
Avropa Şurası Nazirlər Komitəsində sədrliyi
çərçivəsində bu günlərdə
keçiriləcək İnsan hüquqları üzrə
Avropa Konvensiyasının milli səviyyədə
implementasiyasına dair beynəlxalq konfransın əhəmiyyəti
qeyd edilib.
Bildirilib
ki, tədbirdə iştirak etmək üçün Avropa
dövlətləri Ali məhkəmələrinin, eləcə
də Avropa Məhkəməsinin sədr və hakimlərinin,
insan hüquqları sahəsində ixtisaslaşmış
nüfuzlu alimlərin ölkəmizə səfərləri nəzərə
alınaraq onların zəngin bilik və təcrübəsindən
faydalanmaq üçün artıq azərbaycanlı hakimlər
və prokurorlar üçün silsilə tədris tədbirlərinin
keçirilməsinə başlanılıb.
Söhbət
zamanı, həmçinin insan haqlarının qorunması, məhkəmə
sisteminin inkişafı, Avropa Məhkəməsinin presedentlərinin
öyrənilməsi, Məhkəmənin qərarlarının
icrası, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş
cəmiyyətinin inkişafı və maraq doğuran digər
məsələlər ətrafında faydalı fikir
mübadiləsi aparılıb.
Qonaq nazirlikdə Ədliyyə
tarixi muzeyi ilə
tanış olub.
Azərbaycan.-2014.- 24 oktyabr.- S.2.