Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi
haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"ni "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 286; 2006, ¹ 11, maddə 945; 2007, ¹ 6, maddə 601; 2008, ¹ 8, maddə 719, ¹ 11, maddələr 969, 970; 2009, ¹ 2, maddə 64, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:
"8.8-2.
Avtomobil yollarının
vahid dövlət reyestrini aparmaq;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 oktyabr 2014-cü i
Azərbaycan.-2014.-
24 oktyabr.-
S.1.