E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında neftqaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2014-cü il.

Azərbaycan.-2014.- 26 oktyabr.- S.1.