Azərbaycan
Prezidenti İlham
Əliyev İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin sədrini qəbul
edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 24-də İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin sədri
Din Şpilmanı qəbul edib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini qeyd etdi. O, müxtəlif ölkələrdən olan xeyli sayda hakimlərin konfransda iştirak etdiyini vurğulayaraq tədbirin Avropa səviyyəsində əhəmiyyətini diqqətə çatdırdı.
Strasburqa son səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkəmizin xüsusilə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini dedi və Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev bu baxımdan “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Görüşdə Azərbaycan
ilə İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi arasında əməkdaşlığın
perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-
2014.- 25 oktyabr.- S. 1.