Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 343             Bakı şəhəri, 23 oktyabr 2014-cü il

 

 

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə 321; 2002, ¹ 11, maddə 675; 2006, ¹ 9, maddə 822; 2009, ¹ 8, maddə 675; 2012, ¹ 10, maddə 1021; 2014, ¹ 1, maddə 57) ilə təsdiq edilmiş "Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə "Dənizdə insan həyatının mühafizə edilməsinə dair Beynəlxalq Konvensiya" sözləri "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya" sözləri ilə, "limanlarda" sözü "dəniz limanlarında (bundan sonra - liman)" sözləri ilə əvəz edilsin.

2. 1.11-ci bənddə "dəniz limanlarında" sözləri "limanlarda" sözü ilə, "hüquqi və vəzifəli şəxslər" sözləri "fizikihüquqi şəxslər" sözləri ilə əvəz edilsin.

3. 9.2-ci bəndin ikinci abzasından "və limanların" sözləri çıxarılsın.

4. 9.3-cü bənddə "Gəmiçiliyin və limanların müdiriyyətinə" sözləri "Gəmiçiliyin müdiriyyətinə və liman idarəsinə" sözləri ilə əvəz edilsin.

5. 12.4-cü bəndin d) yarımbəndində "limanın nümayəndələri" sözləri "liman idarəsi" sözləri ilə əvəz edilsin.

6. 13.1.2-ci yarımbənd üzrə:

6.1. "Limanın müdiriyyəti" sözləri "Liman idarəsi" sözləri ilə əvəz edilsin;

6.2. c) yarımbəndində "gəmi və liman rəhbərlərinin" sözləri "gəmi rəhbərlərinin və liman idarəsinin" sözləri ilə əvəz edilsin;

6.3. ç) yarımbəndində "limanın ərazisindən" sözləri "limanın ərazisindən və akvatoriyasından" sözləri ilə əvəz edilsin.

7. 13.1.12-ci yarımbəndin birinci hissəsində "liman rəisinin" sözləri "liman idarəsinin" sözləri ilə, üçüncü hissəsində "limanın" sözü "liman idarəsinin" sözləri ilə əvəz edilsin.

8. 13.1.13-cü yarımbənd üzrə:

8.1. "liman müdiriyyətinin nümayəndəsi" sözləri "liman idarəsi" sözləri ilə əvəz edilsin;

8.2. a) yarımbəndində "liman rəisinin" sözləri "liman idarəsinin" sözləri ilə əvəz edilsin;

8.3. ikinci hissədə "limanın ərazisindən" sözləri "limanın ərazisindən və akvatoriyasından" sözləri ilə əvəz edilsin.

9. 13.1.15-ci yarımbənddə "dəniz limanlarının" sözləri "limanların" sözü ilə əvəz edilsin.

10. 13.1.30-cu yarımbənddə "liman daxilində" sözləri "liman ərazisində" sözləri ilə əvəz edilsin.

11. 13.1.41-ci yarımbəndin ikinci abzasında "limanın rəhbərliyinə" sözləri "liman idarəsinə" sözləri ilə əvəz edilsin.

12. 13.2.1-ci bəndin 4-cü yarımbəndinin ikinci abzasında "limanın və yaxud yükləmə istehsalat kompleksinin rəisinin" sözləri "liman idarəsinin rəhbərinin və yaxud yükləmə istehsalat kompleksinin rəisinin" sözləri ilə, 13-cü yarımbəndində "Limanın ərazisində" sözləri "Limanın ərazisində və akvatoriyasında" sözləri ilə əvəz edilsin.

13. 13.2.2-ci bəndin 11-ci yarımbəndində "limanın ərazisində" sözləri "limanın ərazisində və akvatoriyasında" sözləri ilə əvəz edilsin.

14. 13.4.3-cü bənddə "Yükləmə-boşaltma limanına," sözləri "Limana" sözü ilə, "limanın" sözü "liman idarəsinin" sözləri ilə əvəz edilsin.

15. 13.4.6-cı bəndin birinci cümləsində "liman hüdudunda" sözləri "liman ərazisində" sözləri ilə, "limanın cavabdeh nümayəndəsi tərəfindən" sözləri "liman idarəsi tərəfindən" sözləri ilə əvəz edilsin.

16. 13.8.1-ci bənddə "limanın hüdudundan" sözləri "limanın ərazisindən və akvatoriyasından" sözləri ilə əvəz edilsin.

17. 14.1.2-ci bəndin üçüncü abzasında "limanlar üzrə yerinə yetirilməsi məcburi olan qərarların" sözləri "liman üzrə məcburi qaydaların" sözləri ilə əvəz edilsin.

18. 14.1.3-cü bəndin üçüncü abzasında "liman rəisi" sözləri "liman idarəsi" sözləri ilə əvəz edilsin.

19. 14.1.6-cı bənddə "liman rəisinin" sözləri "liman idarəsinin" sözləri ilə əvəz edilsin.

20. 15.1.1-ci bəndin b) yarımbəndində "liman rəisinin əmri ilə" sözləri "liman idarəsi tərəfindən" sözləri ilə əvəz edilsin.

21. 15.2.13-cü bəndin ikinci hissəsində "limanın rəisinin" sözləri "liman idarəsinin" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 26 oktyabr.- S. 2.