Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin
Siyahısı"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 345 Bakı şəhəri,
23 oktyabr 2014-cü il
"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 682; 2002, ¹ 3, maddə 145; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 8, maddə 782; 2006, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 106; 2010, ¹ 3, maddə 264, ¹ 12, maddə 1123) ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nın 10-cu bəndinin birinci abzasında "dəniz ticarət limanlarının" sözləri "dəniz liman idarələrinin" sözləri ilə, ikinci abzasında "dəniz ticarət limanının" sözləri "dəniz liman idarəsinin" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 26 oktyabr.- S. 2.