"Azərbaycan Respublikası dövlət
sərhədinin mühafizəsini gücləndirmək tədbirləri
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 341 Bakı şəhəri,
23 oktyabr 2014-cü il
"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 574; 2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2004, ¹ 4, maddələr 287, 305; 2005, ¹ 6, maddə 558; 2009, ¹ 1, maddə 34; 2014, ¹ 5, maddə 550) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları"nın 3-cü bəndinin dördüncü abzası və yeddinci abzasının birinci cümləsi ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 26 oktyabr.- S. 2.