"Diridoğulmanın beynəlxalq
meyarları"nın tətbiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 340 Bakı şəhəri,
21 oktyabr 2014-cü il
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq edilsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 26 oktyabr.- S. 2.