Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 may tarixli 126 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Korçay
Dövlət Təbiət Qoruğu
haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 337 Bakı şəhəri,
17 oktyabr 2014-cü il
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 may tarixli 126 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 449) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə"nin 1.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"1.8. Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən olunmuş formada həyata keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 26 oktyabr.- S. 2.