Azərbaycan
ilə Avropa Şurası arasında əməkdaşlıq
müzakirə edilib
Oktyabrın 24-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə
səfərdə olan İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin sədri Din Şpilmanın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirilib ki,
görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas
azadlıqları haqqında Avropa
Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub, Azərbaycan ilə
Avropa Şurası arasında əməkdaşlığa
dair məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
AzərTAc
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S.3.