Azərbaycan
ilə Litvanın kənd təsərrüfatı sahəsində
birgə tvinninq layihələri həyata
keçirməsi təklif olunur
Azərbaycan və Litva kənd təsərrüfatı
sahəsində birgə tvinninq layihələri və kadr
hazırlığı həyata keçirə bilərlər.
Bu təklif Litvanın kənd təsərrüfatı nazirinin müavini Vilius Martuseviğiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə səslənib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Litva arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahədə də əməkdaşlıq əlaqələri dinamik inkişaf edir.
Litvanın kənd təsərrüfatı
nazirinin müavini Vilius Martuseviğius kənd
təsərrüfatı sahəsində əməkdaşlığın
daha da genişlənməsinin
vacibliyini vurğulayıb.
AzərTac
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S.3.