"Həbs
yerlərinin daxili intizam
Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
25 Oktyabr 2014
¹ 324 Bakı
şəhəri, 2 oktyabr 2014-cü il
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 989-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 617 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "İstintaq təcridxanalarının daxili intizam Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 10.1-ci bəndin ikinci cümləsinə "şəxsin qocalığı," sözlərindən sonra "yetkinlik yaşına çatmaması," sözləri əlavə edilsin.
2. 10.2-ci bəndə "öz üzərinə götürmüş" sözlərindən sonra "milli, yaxud" sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S. 2.