"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

25 Oktyabr 2014

 

¹ 327                   Bakı şəhəri, 10 oktyabr 2014-cü il

 

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 228 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 58; 2009, ¹ 1, maddə 34) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla  təsdiq edilmiş "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması Qaydası"nın 4-cü hissəsi üzrə:

1.1.  aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsinüçüncü on birinci abzaslar müvafiq olaraq dördüncü-on ikinci abzaslar hesab edilsin:

"istehsalçının adı;";

1.2.  beşinci abzas aşağıdakı redaksiyada verilsin:

"bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına, satışına və ya saxlanılmasına dair verilmiş lisenziya barədə məlumatlar;".

2. Həmin qərarla təsdiq edilmiş "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formaları və təqdim edilməsi Qaydası"na əlavə - "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid hesabat forması"nda "mülkiyyət növü________" sətrindən sonra "lisenziyanın qeydiyyat nömrəsi və tarixi ___________" sətri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 25 oktyabr.- S. 2.