Azərbaycan Prezidenti İlham Əliyevin və
Fransa Prezidenti Fransua Ollandın görüşü
Azərbaycan Prezidenti İlham
Əliyevin Fransaya işgüzar səfəri
Îktyabrın
27-də Parisdə, Yelisey sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Fransa
Respublikasının Prezidenti Fransua Ollandın
görüşü olub.
Sarayın
qarşısında dövlətimizin
başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident
İlham Əliyev fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Fransa Prezidenti
Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə
foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə
uğurlu inkişafından
məmnunluq ifadə edildi. Enerji, aerokosmik sənaye,
hərbi-texniki, təhsil,
metro inşaatı və
digər sahələrdə
əməkdaşlığın daha da genişləndirilməsi
üçün yaxşı
perspektivlərin olduğu
qeyd edildi. “Cənub” dəhlizi
enerji layihəsinin reallaşması ətrafında
fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı danışıqların vəziyyəti,
münaqişənin beynəlxalq
hüquq normalarına
əsasən, bununla bağlı indiyədək
qəbul edilmiş sənədlərə uyğun
ədalətli həlli
ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin,
işğal olunmuş
ərazilərin azad edilməsinin zəruriliyi vurğulandı.
AzərTAc
Azərbaycan.-2014.- 28 oktyabr.- S.1.