"İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi
normativ hüquqi aktların təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
25 Oktyabr 2014
¹ 328 Bakı
şəhəri, 10 oktyabr 2014-cü il
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 999-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 620 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1031; 2013, ¹ 9, maddə 1139; 2014, ¹ 2, maddə 204, ¹ 7, maddə 903) ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları"na aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:
"2.3. Sığortaçı sığorta ödənişini "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S. 2.