"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament"in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 329             Bakı şəhəri, 13 oktyabr 2014-cü il

 

 

"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 13 oktyabr tarixli 329 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə

 

TEXNİKİ REQLAMENT

 

1.                  Ümumi müddəalar

 

1.1.        “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədəTexniki Reqlament” (bundan sonra - Texniki Reqlament) “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və  Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, Ünvan Reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən Ünvan Reyestri İnformasiya Sisteminə (bundan sonra – ÜRİS) ünvan məlumatlarının daxil edilməsini, həmin məlumatlardan istifadə mexanizmini, informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsini, onun istismarına proqram-texniki dəstək göstərilməsini, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları müəyyən edir.

1.2.        Mərkəzləşdirilmiş informasiya sistemi olan ÜRİS Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən edilmiş qaydada formalaşdırılan və istifadə edilən informasiya resurslarından, kommunikasiya avadanlığından, informasiyanın mühafizə vasitələrindən və ünvan təyin edən (emal edən) avtomatlaşdırılmış yerlərindən ibarətdir.

1.3.        ÜRİS-nin operatoru Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (bundan sonra - operator).

1.4.        ÜRİS vasitəsilə daşınmaz əmlak obyektləri üzrə aşağıdakı qaydada ünvanvermə işi aparılır:

1.4.1.   nəqliyyat infrastrukturu obyektinə verilmişya dəyişdirilmiş adın daxil edilməsi;

1.4.2.   yaşayış, qeyri-yaşayış, torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin  verilməsi və ya dəyişdirilməsi;

1.4.3.   ÜRİS-yə qoşulacaq dövlət orqanlarının informasiya sistemlərinə yeni ünvan məlumatlarının ötürülməsi.

 

2.                  ÜRİS-nin istismarı

 

2.1.                 ÜRİS-nin istismarı aşağıdakı ardıcıllıqla həyata keçirilir:

2.1.1.            ünvan məlumatlarının daxil edilməsi;

2.1.2.            ünvan məlumatlarının yoxlanılması (emalı), təsdiqi və yenilənməsi;

2.1.3.            ünvan məlumatlarının mübadiləsi;

2.1.4.            ÜRİS-nin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi.

 

3.                  ÜRİS-yə ünvan məlumatlarının daxil edilməsi

 

3.1.   ÜRİS-yə daşınmaz əmlak obyektləri barədə ünvan məlumatlarının daxil edilməsi Əsasnaməyə,Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infarstrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”na və Azərbaycan Respublikasının “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi”    AZS749-2013 Dövlət Standartına  əsasən həyata keçirilir.

3.2.   Daşınmaz əmlak obyektlərinin ünvan məlumatlarının ÜRİS-yə daxil edilməsi, təsdiqi və yenilənməsi operator tərəfindən həyata keçirilir.

3.3.   ÜRİS-nin  informasiya resurslarının (məlumat bazaları istisna olmaqla) strukturunun inkişafına aid texniki tapşırıqlar, texniki işçi layihələr Əsasnaməyə və bu Texniki Reqlamentə uyğun hazırlanır, operator tərəfindən təsdiqlənir və tətbiq edilir.

3.4.   Operator tərəfindən təyin edilən daxili səlahiyyət bölgüsünə uyğun olaraq, ÜRİS-nin informasiya resurslarında daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanılan məlumatlar ÜRİS-nin ünvan təyin edən istifadəçisi tərəfindən avtomatlaşdırılmış yerlərində sistemə daxil edilir.

3.5.   Operatorun ünvan təyin edən istifadəçisi ÜRİS-yə məlumatları daxil etmək, təsdiq etmək və ya yeniləmək üçün elektron imza ilə identifikasiya olunur.

3.6.    Nəqliyyat infrastrukturu obyektlərinin (bundan sonra-NİO) adları yerli icra hakimiyyəti orqanlarının müvafiq məlumatları əsasında operator tərəfindən ÜRİS-yə daxil edilir.

3.7.   ÜRİS-yə NİO-nun adlarının daxil edilməsi və dəyişdirilməsi qaydası:

3.7.1.        NİO-nun adını daxil etmək üçün Ünvan Reyestrini dəstəkləyən qrafiki verilənlər bazasından xəritə üzərində onu əks etdirən coğrafi obyekt (yolun mərkəzi xətti) seçilir,  açılmış dialoq pəncərəsinə NİO-ya dair mətn məlumatları daxil ediliryaddaşda saxlanılır;

3.7.2.       NİO-nun adının dəyişdirilməsi üçün  onun yerləşdiyi inzibati ərazi vahidinin adı və bu ərazi vahidinə aid olan NİO-ların siyahısından həmin NİO-nun adı seçilir, müvafiq düzəliş aparılır və dəyişiklik yaddaşda saxlanılır;

3.7.3.       NİO barədə daxil edilmiş məlumatlar yoxlanılır, onların doğruluğuna əmin olunduqda təsdiq edilir və sistemdə istifadə edilmək üçün qəbul olunur. Əks halda, həmin məlumatlar dəqiqləşdirilmək üçün ünvan təyin edən istifadəçiyə qaytarılır. Bu halda mövcud məlumatlar öz qüvvəsini saxlayır.

3.8.   ÜRİS-də çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin (onların tərkib hissələrinin), torpaq sahələrinin girişlərinə ünvanların təyin edilməsi və bazaya daxil edilməsi aşağıdakı qaydada həyata keçirilir:

3.8.1.       giriş ünvanının aid olduğu inzibati ərazi vahidi və NİO seçilir, xəritə üzərində ünvan verilən daşınmaz əmlak obyektinin hüdudları daxilində giriş ünvanı təyin edilir. Bu zaman giriş ünvanı ilə bağlı coğrafi yerləşmə göstəriciləri  sistem tərəfindən avtomatik təyin edilir, uyğun mətn məlumatları isə müvafiq qaydada əl ilə daxil edilir;

3.8.2.       təyin edilmiş giriş ünvanına dair məlumatların düzgünlüyü yoxlanılaraq təsdiq edildikdən sonra sistemdə istifadə edilmək üçün qəbul olunur.  Əks halda, məlumatlar redaktə edilmək üçün ünvan təyin edən istifadəçiyə qaytarılır;

3.8.3.       təsdiq edilmiş və artıq istifadədə olan giriş ünvanlarına dair məlumatların  yenilənməsi  ya ləğv edilməsi üçün  xəritə üzərində giriş ünvanı seçilirmüvafiq dəyişikliklər edilir. Edilmiş dəyişikliklər təsdiq edildikdən sonra qüvvəyə minir;

3.8.4.       daşınmaz əmlak obyektlərinin tərkib  hissələrinin ünvan məlumatlarının ÜRİS-yə daxil edilməsi, mövcud məlumatların dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq ərazi vahidi, NİO və giriş ünvanı seçilir və açılmış dialoq pəncərəsinə müvafiq məlumatlar əlavə edilir, dəyişdirilir və ya ləğv edilir. Dəyişikliklər təsdiq edildikdən sonra qüvvəyə minir.

3.9.   Daşınmaz əmlak obyektlərinin giriş ünvanları eyni zamanda obyektin yerləşdiyi  poçt indeksi ərazisinə proqram təminatı vasitəsilə bağlanılır və ünvan atributunda müvafiq poçt indeksi əks etdirilir.

 

4.                  Ünvan məlumatlarının yoxlanılması (emalı), təsdiqi və yenilənməsi

 

4.1.        ÜRİS-yə daxil edilmiş məlumatların yoxlanılması (emalı) keyfiyyətə nəzarət qaydasında aparılır.

4.2.        ÜRİS-də məlumatların yoxlanılması (emalı), təsdiq edilməsi qaydası:

4.2.1.   ÜRİS-yə daxil edilmiş NİO-ların adlarının  Azərbaycan Respublikasının “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” AZS749-2013 Dövlət Standartına uyğunluğu yoxlanılaraq təsdiq edilir;

4.2.2.   ÜRİS-yə daşınmaz əmlak obyektlərinin ünvanları barədə daxil edilmiş məlumatların Azərbaycan Respublikasının “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi”  AZS749-2013 Dövlət Standartına uyğunluğu yoxlanılaraq elektron imza ilə təsdiq edilirya düzəliş üçün ünvan təyin edən istifadəçiyə qaytarılır;

4.2.3.   daşınmaz əmlak obyektlərinın ünvanları barədə daxil edilmiş məlumatların köhnə ünvan məlumatları ilə uyğunluğu  yoxlanılaraq təsdiq edilirya məlumatların yenidən dəqiqləşdirilməsi üçün ünvan təyin edən istifadəçiyə qaytarılır.

4.3.        Daşınmaz əmlak obyektlərinin ünvan məlumatlarının yenilənməsi ünvan məlumatlarının emalı və təsdiqi prosedurlarına uyğun olaraq aparılır.

4.4.        ÜRİS-yə daxil edilən ünvan məlumatları keyfiyyətə nəzarət qaydasında təsdiq edildikdən sonra istifadə üçün açıq elan edilir.

 

5.                  Ünvan məlumatlarından istifadə mexanizmi (məlumatların mübadiləsi)

 

5.1.        İstifadəçilər daşınmaz əmlak obyektlərinin ünvanları barədə ÜRİS-də toplanmış məlumatları əldə etmək üçün informasiya sistemlərini ÜRİS-yə inteqrasiya etməlidirlər.

5.2.        ÜRİS-nin digər informasiya sistemləri ilə inteqrasiyası müvafiq sahədə mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir.

5.3.        Digər dövlət orqanlarının informasiya sistemləri ilə  ünvan məlumatlarının mübadiləsi üçün operator tələb olunan veb servisləri istifadəçilərə təqdim edir.

5.4.        İstifadəçilər ÜRİS-də toplanan aşağıdakı ünvan məlumatlarını  əldə edə bilərlər:

5.4.1.   daşınmaz əmlak obyektlərinin ünvanları barədə mətn məlumatlarını;

5.4.2.   daşınmaz əmlak obyektlərinin ünvanları barədə qrafiki məlumatlarını;

5.4.3.   daşınmaz əmlak obyektlərinin köhnə ünvan məlumatları əsasında yeni ünvan məlumatlarını və ya  daşınmaz əmlak obyektlərinin yeni ünvan məlumatları əsasında köhnə ünvan məlumatlarını.

 

6.        ÜRİS-nin informasiya resursları və onların təhlükəsizliyi

 

6.1.             ÜRİS-nin informasiya resurslarına ÜRİS-nin proqram-texniki məhsulu, məlumat bazaları və məlumat bazalarının lisenziyaları, paylayıcı server, ünvan məlumatlarının saxlanıldığı serverlər, o cümlədən ehtiyat serverlər, şəbəkə avadanlıqları və onlarda qurulmuş proqram məhsulları və avtomatlaşdırılmış yerləri daxildir.

6.2.             ÜRİS-nin informasiya resurslarının təhlükəsizliyi aşağıdakı qaydada həyata keçirilir:

6.2.1.       ÜRİS-nin məlumat bazalarının yenilənməsi, qorunması və müəyyən edilmiş qrafik üzrə vaxtaşırı ehtiyat surətlərinin əldə edilməsi;

6.2.2.       ÜRİS-nin şəbəkə avadanlıqlarının yenilənməsi, ÜRİS-nintəhlükəsizliyini təmin edəcək proqram təminatlarının alınması;

6.2.3.       ÜRİS-yə çıxış imkanı veriləcək istifadəçilərin ÜRİS-nin məlumatlarını öz səlahiyyətləri daxilində emal etmələri;

6.2.4.       digər informasiya sistemləri ilə  məlumatların bu Texniki Reqlamentin 5-ci hissəsinin tələblərinə uyğun şəkildə mübadiləsi.

 

7.    ÜRİS-nin istismarına proqram-texniki dəstək, təhlükəsizlikvə inkişaf tədbirləri

 

7.1.        ÜRİS-nin istismarının fasiləsizliyi aşağıdakı istiqamətlərdə həyata keçirilən proqram-texniki dəstəklə təmin edilir:

7.1.1.   proqram-texniki müşayiət;

7.1.2.   proqram-texniki təminat vasitələrini idarəetmə;

7.1.3.   informasiya təhlükəsizliyi.

7.2.        Proqram-texniki müşayiət tədbirləri aşağıdakıları əhatə edir:

7.2.1.   “24 saat/7 gün” rejimində “qaynar xətt” əlaqəsi və yerində təchizat-təmir işləri;

7.2.2.   fövqəladə hallarda müvafiq əməliyyatların ehtiyat serverlərdə aparılması;

7.2.3.   proqram-texniki təminat vasitələrinin funksional vəziyyətinin plan üzrə yoxlanılması, istismar müddəti bitmiş, köhnəlmiş və təmiri qeyri-mümkün olan nasaz vasitələrin təzələnməsi;

7.2.4.   informasiya texnologiyalarının inkişafına və istifadəçi qurumların artan tələbatına uyğun ÜRİS-nintəkmilləşdirilməsi və bu məqsədlə proqram-texniki təminat vasitələrində, o cümlədən server və şəbəkə avadanlıqlarında əlavə və dəyişikliklərin edilməsi.

7.3.        Proqram-texniki təminat vasitələrini idarəetmə tədbirləriaşağıdakıları əhatə edir:

7.3.1.   ÜRİS-nin korporativ şəbəkəsinin idarə edilməsi;

7.3.2.   ÜRİS-nin serverlərinin idarə edilməsi;

7.3.3.   ÜRİS-nin əməliyyat sistemlərinin, proqram təminatı vasitələrinin, məlumat bazalarının, tətbiqi proqram paketinin idarə edilməsi;

7.3.4.   ünvan təyin edən istifadəçinin avtomatlaşdırılmış yerlərində quraşdırılmış kompyuterlərin daimi olaraq işlək vəziyyətdə saxlanılmasıvə hər hansı bir problem yarandıqda təcili yardım təminatı.

7.4.        İnformasiya təhlükəsizliyi tədbirləri aşağıdakıları əhatə edir:

7.4.1.   ÜRİS üçün informasiya təhlükəsizliyi tələblərinin dəqiqləşdirilməsi;

7.4.2.   ÜRİS-nin informasiya təhlükəsizliyinə mümkün təhdidlərin müəyyən edilməsi;

7.4.3.   ÜRİS-nin informasiya təhlükəsizliyi siyasətinin işlənilməsi tətbiqi;

7.4.4.   ÜRİS üçün informasiyanın mühafizə vasitələrinin seçilməsi sertifikatlaşdırılması;

7.4.5.   ÜRİS- müvafiq proseslərin təhlükəsizliyin monitorinqinin aparılması;

7.4.6.   ÜRİS-nin inkişafına dair layihələrin hazırlanması.

 

Azərbaycan. - 2014.- 25 oktyabr.- S. 2.