"Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 330             Bakı şəhəri, 16 oktyabr 2014-cü il

 

 

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli    Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 16 oktyabrtarixli 330 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Dəniz limanları haqqında” Azərbaycan Respublikası  Qanununun 13.3-cü maddəsinə, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın(bundan sonraKonvensiya) və “Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllə”nin (bundan sonra ­– Məcəllə) tələblərinə uyğun olaraq hazırlanmışdır və dəniz limanlarının, xüsusilə də limanların ərazisi və akvatoriyasında yerləşən liman infrastruktur obyektlərininmühafizəsinin təşkilinə dair tələbləri müəyyən edir.

1.2. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Azərbaycan  Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qaydaya uyğun olaraq həyata keçirilir.

1.3. Bu Qaydanın müddəaları ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri fərqləndiyi təqdirdə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.

1.4. Bu Qayda Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün limanlara və limanın infrastruktur obyektlərinəşamil olunur.

1.5. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.5.1. məhdud girişli zona– limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında göstərilən və girişinə daima nəzarət edilən, tətbiq olunan mühafizə səviyyəsinə uyğun olaraq girişə qadağalarya məhdudiyyətlər qoyulan ərazilər, qurğular, tikililər və ya sahələr;

1.5.2. mühafizə ilə bağlı insidentliman və limanın infrastruktur obyektləri, gəmilər və ya “gəmi – liman” qarşılıqlı fəaliyyəti üçün təhlükə törədə biləcək hərəkətlər, hadisələr və ya vəziyyətlər;

1.5.3. limanın və limanın infrastruktur obyektlərinin mühafizə sistemilimanda qanunsuz müdaxilə aktlarının vaxtında aşkarlanmasını və qarşısının alınmasını təmin edən mühafizə məqsədli mühəndis-texniki qurğuların, habelə limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında nəzərdə tutulmuş tədbirlərin məcmusu;

1.5.4. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs–  Məcəllə ilə müəyyən edilmiş limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkilinin qiymətləndirilməsini, eləcə də limanın və limanın infrastruktur obyektlərinin mühafizə planının işlənib hazırlanmasını, tətbiqini, dəyişikliklərinedilməsini, hüquq mühafizə orqanları və digər dövlət orqanları ilə əlaqələri həyata keçirən liman idarəsi tərəfindən təyin edilmiş vəzifəli şəxs. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs Beynəlxalq Dəniz Təşkilatının “Limanda mühafizəyə məsul şəxs” adlı 3.21 saylı model kursu üzrə hazırlıq keçməlidir;

1.5.5. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi– limanın və limanın infrastruktur obyektlərinin qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsinin təmin edilməsi məqsədi ilə təhlükələrin, mühafizə üzrə mövcud imkanların, hazırlığın  və Məcəllədə nəzərdə tutulmuş minimum tədbirlərin səviyyəsinin müəyyən edilməsi;

1.5.6. limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı– limanın və limanın infrastruktur obyektlərinin, gəmilərin, insanların, yüklərin, yükdaşıma vasitələrinin və gəmi ehtiyatlarının liman daxilində qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsini təmin etmək məqsədi ilə liman idarəsi və ya ixtisaslaşmış şəxslər tərəfindən işlənib hazırlanmış və Məcəllədə nəzərdə tutulmuş tədbirləri əhatə edən plan;

1.5.7. ixtisaslaşmış şəxslər – limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi səhəsində təcrübəyə malik olan  hüquqiya fiziki şəxslər;

1.5.8. limanın infrastruktur obyektləri– limanın hidrotexniki qurğuları, gəmilərin dönmə akvatoriyası, daxili reydləri, lövbər dayanacaqları, tərsanələri, yedək, bələdçi və təchizat gəmiləri, buzqıran və digər gəmilər, naviqasiya avadanlığı vasitələri və dəniz yollarının naviqasiya-hidroqrafik təminatının digər obyektləri, gəmilərin hərəkətini idarəetmə sistemləri, avtomatlaşdırılmış informasiya sistemləri, yükləmə avadanlıqları, dəmiryol və avtomobil keçid yolları, rabitə xətləri, istilik, qaz, suelektrik təchizatı qurğuları, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, limanda xidmətlərin göstərilməsi, dövlət nəzarətinin təmin edilməsi üçün nəzərdə tutulmuş digər qurğular, avadanlıqlar, mühəndis kommunikasiyaları, anbarlar, binalar və digər tikililər.

 

2. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili

 

2.1. Limanınvə limanın infrastruktur obyektlərininmühafizəsinin təşkili aşağıdakı mərhələlərdən ibarətdir:

2.1.1. liman idarəsi tərəfindən limanınvə limanın infrastruktur obyektlərininmühafizəsi üzrə məsul şəxslərin və struktur bölmələrin müəyyən edilməsi;

2.1.2. limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin həyata keçirilməsi və razılaşdırılması;

2.1.3. limanın və limanın infrastruktur obyektlərinin mühafizə planının işlənib hazırlanması, təsdiqi və tətbiq edilməsi;

2.1.4. limanda limanın infrastruktur obyektlərində mühafizə sisteminin tətbiqi;

2.1.5. limanın limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi səviyyəsinin yoxlanılması.

2.2. Limanın infrastruktur obyektlərinin mühafizəsi limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi nəzərə alınmaqla hazırlanmış Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası  (bundan sonraAdministrasiya) tərəfindən təsdiq edilmiş mühafizə planları əsasında həyata keçirilir.

2.3. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkilinin bütün mərhələlərində məlumatların sənədlərin konfidensiallığı təmin edilməlidir.

 

3. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi

 

3.1. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi liman idarəsi tərəfindən təmin edilir.

3.2. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili üzrə tədbirlərin icrasına limanın limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs tərəfindən nəzarət edilir.

3.3. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili məqsədi ilə liman idarəsi tərəfindən mühafizə sahəsində ixtisaslaşmış şəxslərlə müqavilə bağlanıla  bilər.

 

4. Limanın limanın infrastruktur obyektlərinin

mühafizəsinin qiymətləndirilməsi

 

4.1. Limanın limanın infrastruktur obyektlərinin mühafizə planının hazırlanması məqsədi ilə limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi həyata keçirilməlidir.

4.2. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi qanunsuz müdaxilə aktları ilə bağlı təhlükənin aşkarlanması, onun qarşısının alınması nəticələrinin minimuma endirilməsi məqsədi ilə həyata keçirilir.

4.3. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs ya limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi sahəsində ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilir.

        4.4. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsini həyata keçirən şəxslər mühafizə sahəsində bilik, bacarıq səriştəyə malik olmalıdırlar.

4.5. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin nəticəsinə dair hesabat razılaşdırılması məqsədi ilə Administrasiyaya təqdim edilir.

4.6. Limanın limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin nəticəsinə dair hesabatlar iki nüsxədə tərtib edilir.  Hesabatların bir nüsxəsi liman idarəsində, digər nüsxəsi isə Administrasiyada saxlanılır.

4.7. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsinin həyata keçirilməsinin və onun nəticələrinin razılaşdırılmasının bütün mərhələlərində məlumatların və sənədlərin konfidensiallığı təmin edilir.

 

5. Mühafizə səviyyələri

 

5.1. Qanunsuz müdaxilə aktlarının təhlükəlilik dərəcələrinə uyğun olaraq, effektiv tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Administrasiya tərəfindən Məcəlləyə əsasən mühafizə səviyyələri müəyyən olunur.  Limanonun ayrı-ayrı hissələri üçün müxtəlif mühafizə səviyyələri müəyyən edilə bilər.

5.2. Limanın və limanın infrastruktur obyektlərinin aşağıdakı mühafizə səviyyələri mövcuddur:

5.2.1. 1-ci mühafizə səviyyəsi – mühafizə üzrə tədbirlərin daimi həyata keçirildiyi minimum mühafizə səviyyəsi;

5.2.2. 2-ci mühafizə səviyyəsi – mühafizə ilə bağlı insidentin başvermə təhlükəsinin yüksək olduğu, müəyyən zaman intervalında gücləndirilmiş mühafizə tədbirlərinin həyata keçirildiyi mühafizə səviyyəsi;

5.2.3. 3-cü mühafizə səviyyəsi – mühafizə ilə bağlı insidentin baş verməsinin labüdya qarşısıalınmaz olduğu, müəyyən zaman intervalında daha da gücləndirilmiş mühafizə tədbirlərinin həyata keçirildiyi mühafizə səviyyəsi.

 

6. Limanın və limanın infrastruktur obyektlərinin

mühafizə planı

 

6.1. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı Məcəllədə  nəzərdə tutulmuş müvafiq mühafizə tədbirlərini və prosedurlarını əhatə edir.

6.2. Mühafizə planında düzəlişlər edildikdə, həmin düzəlişlər Administrasiya tərəfindən təsdiq edilir və düzəlişlər mühafizə planının ayrılmaz tərkib hissəsi hesab olunur.

6.3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı iki nüsxədə tərtib edilir. Planın bir nüsxəsi liman idarəsində, digər nüsxəsi isə Administrasiyada saxlanılır.

6.4. Limanın və limanın infrastruktur obyektlərinin mühafizə planının hazırlanması və təsdiqi zamanı konfidensiallıq təmin olunmalıdır.

 

7. Limanın və limanın infrastruktur obyektlərinə

şəhadətnamənin verilməsi

 

7.1. Liman və limanın infrastruktur obyektləri bu Qaydanın əlavəsində göstərilən şəhadətnaməyə malik olmalıdır.

7.2. Bu Qaydanın əlavəsində göstərilən şəhadətnamə Administrasiya tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizə sistemi yoxlanılaraq müsbət nəticə olduğu təqdirdə verilir. Bu şəhadətnamə 5 il müddətinə verilir və şəhadətnamənin arxa hissəsində hər il illik yoxlamanın keçirilməsi barədə qeydlər aparılır.

 

Azərbaycan. - 2014.- 25 oktyabr.- S. 2.