Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana
Hörmətli
cənab Prezident,
Çex
Respublikasının milli bayramı münasibətilə Sizi və
bütün xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan
Respublikası ilə Çex Respublikası arasındakı
münasibətlərin hazırkı səviyyəsi məmnunluq
doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim
möhkəmləndirilməsi, əməkdaşlığımızın
daha da dərinləşdirilməsi istiqamətində
qarşılıqlı səylərimizi bundan sonra da davam
etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, dost
xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 24 oktyabr 2014-cü il.
Azərbaycan.-2014.- 28 oktyabr.- S.2.