«Azərbaycan Respublikasının Hökuməti
və Vyetnam Sosialist
Respublikasının Hökuməti arasında gəlirlərə
və əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2014-cü il mayın 19-da Hanoy şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2014-cü il
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 2.