"Dəniz limanı kapitanı
haqqında Əsasnamə"nin, "Dənizdə gəmilərdə
baş vermiş qəzaların
araşdırılması Qaydaları"nın və "Gəmilərin
nəzarət yoxlamasına dair Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 350 Bakı şəhəri,
23 oktyabr 2014-cü il
"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 439) ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - "Dəniz limanı kapitanı haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.5-ci bənddə hər iki halda "liman rəhbərinin" sözləri "liman idarəsinin" sözləri ilə əvəz edilsin.
2. 1.9-cu bənddə və 1.10-cu bəndin birinci cümləsində "liman rəhbəri" sözləri "liman idarəsi" sözləri ilə əvəz edilsin.
3. 2.2.8-ci yarımbəndin ikinci cümləsində "liman ərazisində" sözləri "limanın ərazisində və akvatoriyasında" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 2.