Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Dövlət Dəniz
Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin,
gəmiçilik sahəsində fəaliyyət göstərən
və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin
və Azərbaycan Respublikası Dövlət bayrağı
altında üzən mülki gəmilərin
heyət üzvlərinin xidməti geyim
formalarının və fərqlənmə
nişanlarının təsviri və onların təchizatına
dair Qaydalar"da dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 348 Bakı şəhəri,
23 oktyabr 2014-cü il
"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 934; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə 786; 2012, ¹ 10, maddə 1023; 2014, ¹ 1, maddə 60) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"a 2 nömrəli Əlavə - "Azərbaycan Respublikasının gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin, dənizçilik təhsil müəssisələrinin, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının üzərində olan fərqlənmə nişanlarının təsviri"nin "Vəzifə" sütununda aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı kateqoriyadan "Liman məntəqəsinin dispetçeri, təhlükəsizlik texnikası üzrə mühəndisi, bələdçisi" və "Liman məntəqəsinin dispetçeri, dəniz vağzalının növbətçisi" sözləri çıxarılsın.
2. 7-ci kateqoriyadan "Liman məntəqəsinin şöbə rəisi, təhlükəsizlik texnikası üzrə rəisin köməkçisi, baş dispetçeri, liman tərkibində olan yardımçı donanma rəisinin müavini, rabitə xidmətinin müdiri, yük sahəsinin və dəniz vağzalının rəisi, baş bələdçisi, dispetçeri, təhlükəsizlik texnikası üzrə mühəndisi, liman nəzarəti müfəttişi və dəniz vağzalı rəisinin müavini" sözləri çıxarılsın.
3. 8-ci kateqoriyadan "Liman məntəqəsinin kapitanının müavini, baş mühəndisi və dəniz vağzalının rəisi" sözləri çıxarılsın.
4. 9-cu kateqoriyadan "Liman məntəqəsinin kapitanı və baş bələdçisi" sözləri çıxarılsın.
5. 10-cu kateqoriyadan "Liman məntəqəsi rəisinin müavini" sözləri çıxarılsın.
6. 11-ci kateqoriyadan "Liman məntəqəsinin rəisi" sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 2.