2014-cü il
dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Vətəndaş Həmrəyliyi
Partiyasının səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 5/31
2014-cü
il dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Vətəndaş Həmrəyliyi
Partiyası səlahiyyətli nümayəndələr və
maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə təyin etmiş və həmin şəxslərin
qeydə alınması üçün müvafiq sənədləri
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası
bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, həmin şəxslərin qeydə
alınması üçün əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Əsədli Samir Şakir oğlu
Quliyeva Şəfəq Adil qızı
Şəfiyev Şəfi Əyyub oğlu
Qurbanova Aygün Fuad qızı
Almuradlı Rövşən Əziz oğlu
Cəfərli Real Əliqulu oğlu
İbrahimov İbadulla Yədulla oğlu
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Ələkbərov Felmar Əli oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 6.