"Yol hərəkətinin təhlükəsizliyinin
təmin edilməsi məsələləri haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli
60 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 331 Bakı şəhəri,
16 oktyabr 2014-cü il
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 171 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 267; 2001, ¹ 1, maddə 70, ¹ 7, maddə 512; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 9, maddə 855, ¹ 11, maddə 1061; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 116; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 8, maddə 781, ¹ 9, maddə 852; 2012, ¹ 9, maddə 922; 2013, ¹ 3, maddə 344; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 avqust tarixli 277 nömrəli qərarı) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"1.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş balla qiymətləndirilən xətalara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotunun aparılması bu Qayda ilə tənzimlənir.".
2. 2-ci hissə ləğv edilsin.
3. 4.1-ci bəndin ikinci və üçüncü cümlələri çıxarılsın, dördüncü cümləsində "DYP-nin vəzifəli şəxsinin inzibati tənbeh tətbiqi barədə qərarı" sözləri "İnzibati tənbeh tətbiq etmə haqqında qərar" sözləri ilə əvəz edilsin.
4. 5-ci hissə üzrə:
4.1. 5.1-ci bənddə "Yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara görə sürücülərə təyin edilmiş cərimə balları barədə məlumatların" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş balla qiymətləndirilən xətalara görə inzibati tənbeh tətbiq etmə haqqında qərarların" sözləri ilə əvəz edilsin;
4.2. 5.2-ci bənddə "yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara görə cərimə balları barədə məlumatların" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş balla qiymətləndirilən xətalara görə inzibati tənbeh tətbiq etmə haqqında qərarların" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S. 2.