Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 22 fevral tarixli 53 nömrəli qərarı
ilə təsdiq edilmiş "Bakı və Abşeron
yarımadasının palçıq vulkanları qrupu Dövlət
Təbiət Qoruğu haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 335 Bakı şəhəri, 17
oktyabr 2014-cü il
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 fevral tarixli 53 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 131) ilə təsdiq edilmiş "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə"nin 1.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"1.7. Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən olunmuş formada həyata keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S. 2.