Nəqliyyat
nazirinin Mingəçevirdə keçirdiyi qəbul zamanı bir
sıra məsələlər öz həllini
tapıb
Prezident İlham Əliyevin
tapşırığına əsasən, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinin həllinə kömək göstərirlər.
AzərTAc xəbər verir ki, növbəti belə qəbul oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Mingəçevir şəhərinin və Samux rayonunun sakinlərini, eləcə də Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərini dinləyib.
Nazir vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, nəqliyyat sahəsində mövcud problemlərin araşdırılması və həll edilməsi üçün lazımi işlərin görüləcəyini bildirib.
Müraciətlər əsasən
yolların təmiri, körpülərin salınması,
Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin
bərpa edilməsi və digər məsələlərlə
bağlı olub. Vətəndaşları
narahat edən bəzi məsələlər
yerindəcə həllini tapıb. Nazirliyin
səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara
çatdırılması üçün
qeydiyyata alınıb.
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S. 2.