Ekologiya və təbii sərvətlər
naziri Göyçayda
bölgə vətəndaşlarının müraciətlərini,
şikayət və təkliflərini dinləyib
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən
bölgələrdə vətəndaşların qəbulu
davam etdirilir.
AzərTAc xəbər verir ki, qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 24-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Göyçayda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay, Ucar və Kürdəmir rayon sakinləri iştirak edib. Nazirliyin idarə, departament və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.
Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, yaşıllıqların və meşə zolaqlarının qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olub. Qəbul zamanı H.Bağırov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb.
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S.5.