Tələbə
Qəbulu üzrə Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə
müvafiq olaraq mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu davam etdirir, onların
müraciətlərinin, ərizə və şikayətlərinin
qanunauyğun, operativ həlli üçün konkret tədbirlər
görürlər.
AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə oktyabrın 24-də Ağsu şəhərində Göyçay, Kürdəmir, Ağsu və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
TQDK sədri qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq əziz xatirəsinə dərin ehtiramını bildirib.
Ağsu Rayon Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçirilən qəbulda müraciətlər əsasən ali və orta ixtisas məktəblərinə, ali təhsilin bakalavr və magistratura pillələrinə qəbul, hərbi çağırışla əlaqədar möhlət, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul, xarici ölkələrdə təhsil imkanları və s. barədə olub.
TQDK-nın sədri M.
Abbaszadə hər bir vətəndaşı
diqqətlə dinləyib. Bəzi müraciətlər yerindəcə
öz həllini tapıb, bir
qismi barədə vətəndaşlara ətraflı
izahat və məsləhətlər verilib. Komitənin səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün
qeydiyyata alınıb.
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S.5.