Türkiyə Respublikasının Baş naziri

 Zati-aliləri cənab Əhməd Davudoğluna

 

Hörmətli cənab Baş nazir,

Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsində və real məzmununda özünü əyani şəkildə nümayiş etdirməkdədir.

Əminəm ki, birliyimizin və müttəfiqliyimizin bariz ifadəsi olan sıx qarşılıqlı fəaliyyətimiz, həyata keçirdiyimiz irimiqyaslı layihələr bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 oktyabr 2014-cü il.

Azərbaycan.-2014.- 29 oktyabr.- S.1.