Azərbaycanın güclü sənaye potensialı yaranıb

 

Prezident İlham ƏLİYEV: "Azərbaycanın gələcək inkişafı

 sənayenin inkişafı ilə bağlı olmalıdır"

 

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 11 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir.

Ötən müddətdə qəbul edilən fundamental qərarlar, imzalanan sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir. Bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqramkonsepsiyalar həyata keçirilir, ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artımı, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sahədə islahatların genişləndirilməsinə imkan yaratmışdır. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalqPrezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir.

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerjikommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə imza atdığını göstərir. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda xalqın rifahının daha da yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət 2014-cü ilin üçüncü rübündə də öz müsbət nəticələrini vermişdir. Cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz, onun qeyri-neft sektoru isə 6 faiz artmışdır. Ölkəmizin maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta ehtiyatlarımız 2014-cü ildə 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmişdir. Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılmışdır. Dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənmiş, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir.

Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. İnkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabelli sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtutumlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə sovet dövründə mövcud olmuş potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illərdə qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.

Prezident İlham Əliyev cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib: "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti, əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq".

Ölkə başçısının 2014-cü il 10 yanvar tarixli "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında" sərəncamında vurğulanır ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Sərəncam əsasında "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanaraq imzalanması nəzərdə tutulur.

Ölkədə müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmini, rəqabətqabiliyyətliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi diqqətdə saxlanılmışdır. Son 11 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2003-2013-cü illərdə regionların inkişafı dövlət  proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.

Sənayeləşmə siyasəti çərçivəsində yenimüasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla təkcə 2012-2013-cü illərdə 150-dən çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Sənaye sektorunun inkişaf etdirilməsində məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı, ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.

Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması nəzərdə tutulub. Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyintiaqroemal sənayesinin inkişafı və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənir.

Prezident İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı isə "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının yaradılması, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. 2014-cü ildə və qarşıdakı illərdə hökumət sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin istehsalın texnoloji cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Dövlət başçısı 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib: "Bu il "Sənaye ili"dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Mən əvvəlki müşavirələrdə də qeyd etmişdim ki, biz ərzaq təhlükəsizliyini təmin etməliyik. Özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl inkişaf var. Yəni biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemiaradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər varixrac imkanlarımız da artacaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal ediliro sahəyə daha da böyük üstünlük verməliyik".

Azərbaycanın davamlı inkişaf etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırmışdır. Bütün bunlar isə deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin uğurla yürütdüyü iqtisadi siyasət qarşıdakı ildə də müsbət nəticələrini verəcək, respublikamız ən qısa zamanda inkişaf etmiş ölkələrin səviyyəsinə yüksələcək.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 29 oktyabr.-  S.1.