Azərbaycanın sığorta-pensiya
sistemi ən müasir standartlara cavab verir
Azərbaycanda həyata keçirilən
sosial-iqtisadi siyasətin
strateji istiqamətlərindən
biri də sığorta-pensiya sisteminin
qabaqcıl beynəlxalq
təcrübə əsasında
və müasir standartlara uyğun yenidən qurulmasıdır. Bu istiqamətdə həyata
keçirilən islahatların,
Prezident İlham Əliyevin bu sahəyə daimi diqqəti və vaxtında qəbul etdiyi qərarların nəticəsində ölkəmizdə
vahid prinsiplər əsasında fəaliyyət
göstərən, bütün
işləyən əhalini
əhatə edən, müasir çağırışlara
çevik reaksiya verən sığorta-pensiya
sistemi formalaşıb.
Uğurla tətbiq olunan yeni sığorta-pensiya sistemi pensiyaların artırılması mexanizminin
bazar iqtisadiyyatının
tələblərinə uyğun
şəkildə həyata
keçirilməsinə, mövcud
maliyyə imkanlarının
bütün pensiyaçılar
arasında ədalətli
bölgüsünə imkan
yaradır. Hazırda bu sahədə Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə
Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin
inkişafına dair"
Dövlət Proqramı
icra olunur. Proqrama əsasən, qarşıya qoyulan vəzifələr sığorta-pensiya
sisteminin fəaliyyətində
sığorta prinsiplərinin
gücləndirilməsi, vətəndaşların
2006-cı il yanvarın
1-dən əvvəlki dövrdə
qazanılmış pensiya
hüquqlarının yeni
əmək pensiyaları
sisteminə daha sıx inteqrasiyasının
təmin edilməsi, məcburi dövlət sosial sığortasının
təkmilləşdirilməsi və konüllü pensiya sığortasının
inkişaf etdirilməsi,
əmək pensiyalarının
yığım komponentinin
fəallaşdırılması, bütövlükdə sığorta-pensiya
sisteminin cari ödəmə qabiliyyətinin,
habelə orta və uzunmüddətli maliyyə dayanıqlığının
təmin edilməsi, bu istiqamətdə müasir informasiya-kommunikasiya
texnologiyalarının geniş
tətbiqinə nail olunması,
idarəetmənin tam avtomatlaşdırılması,
fərdi uçot sisteminin əhatəli inkişafının təmin
olunmasıdır.
Ötən illərin statistikası, o
cümlədən DSMF-nın
Füzuli rayon şöbəsinin
timsalında vətəndaşlara
xidmət sahəsində
baş verən yeniliklər qarşıya
qoyulan vəzifələrin
uğurla icra olunduğunu, sığora-pensiya
sistemində həyata
keçirilən islahatların
bəhrə verdiyini göstərir. Qısa müddətdə rayonda şöbə tərəfindən pensiyaçılara
və sığortaolunanlara
göstərilən xidmət
səviyyəsinin artırılması
istiqamətində mühüm
tədbirlər həyata
keçirilib.
DSMF Füzuli
rayon şöbəsinin müdiri
Zəfər Hətəmov
bildirdi ki, şöbə tərəfindən
hazırda 10 min 458 nəfər
pensiyaçıya xidmət
göstərilir. Bunlardan
6156 nəfəri yaşa
görə, 3779 nəfər
əlilliyə görə,
523 nəfər ailə
başçısını itirməyə görə
pensiya alır. Pensiyaçılara edilən xidmətin
daha da yüksək
keyfiyyətlə təmin
olunması məqsədilə
şöbə əməkdaşları
tərəfindən lazımi
qayğı və diqqət göstərilməklə,
onların şöbəyə
etdiyi bütün müraciətləri vaxtında
araşdırılır, sorğuları
ətraflı cavablandırılır
və qaldırdıqları
problemlər mövcud
qanunvericilik çərçivəsində
həll olunur.
Şöbə müdiri
sosial sığorta haqlarının yığımı
barədə də məlumat verdi.
Qeyd etdi ki, DSMF Füzuli rayon şöbəsi 2014-cü il üzrə məcburi dövlət sosial sığorta haqlarının toplanmasının
proqnoz tapşırığının
icrasını təmin
etmək məqsədilə
müvafiq tədbirlər
həyata keçirib.
Belə ki, bu ilin
9 ayı ərzində
qeyri-büdcə təşkilatları
üzrə proqnoz tapşırıqlarının icrası, eyni zamanda, rayon ərazisindəki
torpaq mülkiyyətçilərinin
məcburi dövlət
sosial sığorta haqqının ödənilməsinə
cəlb edilməsi sahəsində işlər
müvəffəqiyyətlə yekunlaşıb. Sosial sığorta
haqlarını vaxtında
ödəməyən hüquqi
və fiziki şəxslərə qarşı
mövcud qanunvericiliyə
uyğun olaraq müvafiq sanksiyalar tətbiq olunub. Həmçinin "Elektron hökumət"
portalının tətdbiqi
ilə əlaqədar
sığortaedənlər tərəfindən müvafiq
hesabatlar hazırda elektron qaydada təqdim edilir. Bununla əlaqədar şöbədə
sığortaedənlərin sosial sığorta haqları üzrə hesabatlarının elektron
qaydada təqdim olunması üçün
xidmət masası yaradılıb.
DSMF Füzuli
rayon şöbəsi tərəfindən
fərdi uçotun təşkili və tətbiqinə hazırlıqla
bağlı da müəyyən işlər
aparılır, sığortaolunanlara
sosial sığorta yığımları ilə
vətəndaşlara təyin
olunacaq pensiya məbləği arasında
əlaqə barədə,
eləcə də
"Sosial sığorta
haqqında" Azərbaycan
Respublikası Qanununun
mahiyyəti haqqında
geniş məlumat verilir.
Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi
olaraq rayon əhalisinin
mövcud problemlərini
yerindəcə öyrənib
lazımi tədbirlər
görülməsi məqsədilə
rayonun ayrı-ayrı
yaşayış məntəqələrində
keçirilən səyyar
qəbullarda DSMF-nın
yerli şöbəsinin
əməkdaşları da
iştirak edirlər. Belə qəbullarda
pensiyaçılar tərəfindən
olunan müraciətlərə
dərhal baxılır
və qanunvericilik çərçivəsində operativ həll olunur.
Ölkəmizdə pensiyaçılara göstərilən
diqqət və qayğıdan, həmçinin
DSMF Füzuli rayon şöbəsinin
fəaliyyətindən pensiyaçılar
razılıqlarını bildirdilər. Füzuli
sakinləri olan 66 yaşlı Tanrıverdi Əliyev, 73 yaşlı Əliş Həsənov,
74 yaşlı Məqsəd
Əliyev və 70 yaşlı Tehran Hacıyev
bildirdilər ki, bir neçə il əvvəl 2006-cı ilədək olan əmək stajlarının
yenidən hesablanması
onların da pensiyalarının artımına
əhəmiyyətli dərəcədə
təsir göstərib.
DSMF Füzuli rayon şöbəsində isə
pensiyaçıların hər
müraciətinə diqqətlə
yanaşılır.
Zəfər Hətəmov qeyd etdi ki, sakinlərin
sosial müdafiəsinin
gücləndirilməsi və
sığorta-pensiya sisteminin
qurulması tədbirlərinin
icrası istiqamətində
DSMF tərəfindən verilən
tapşırıqları yerinə
yetirmək, pensiyaçılara
yüksək səviyyəli
xidmət göstərmək
üçün səylərini
bundan sonra da layiqincə səfərbər edəcəklər.
Lazım QULİYEV
Azərbaycan.
- 2014.- 29 oktyabr.- S.6.