Azərbaycan
Prezidenti İlham
Əliyev BMT-nin nümayəndələrini
qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 29-da BMT-nin ictimai məlumat
şöbəsinin rəhbəri Maher Nasseri, BMT baş
katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad
Alhendavini, Avropa Şurasının demokratiya üzrə
baş direktoru Snejana Samardjiç-Markoviçi və UNESCO
baş direktorunun köməkçisi Lalla Aişa Ben
Barkanı qəbul edib.
BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğuladı və baş katibin forum iştirakçılarına videomüraciətinin önəmini qeyd etdi. Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmli olduğunu dedi.
BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmini vurğuladı. O, forumun bu günədək bu sahədə ən çox ölkə və nümayəndənin bir araya gəldiyi tədbir olduğunu qeyd etdi. Ahmad Rafi Mohamad Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident
İlham Əliyev Gənclər siyasəti
üzrə birinci qlobal
forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini
qeyd etdi. BMT-nin baş katibi Pan Gi Munun
foruma ünvanladığı
videomüraciətini tədbirə beynəlxalq səviyyədə
verilən önəmin ifadəsi kimi dəyərləndirən
dövlətimizin başçısı Azərbaycanın
artıq çox nüfuzlu
beynəlxalq tədbirlərin keçirildiyi
bir məkana çevrildiyini
qeyd etdi, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın
daha da genişləndirilməsi
işinə xidmət etdiyini
vurğuladı.
AzərTAc
Azərbaycan.-
2014.- 30 oktyabr.- S. 2.