Elmar Məmmədyarov: Biz sülhü bərqərar
edəcəyik və regionu inkişaf etdirəcəyik
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov AzərTAc-a açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Paris görüşünün nəticələri barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. Elmar Məmmədyarov deyib:
- Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək hələlik inkişafa nail olunmamış məsələlərə baxıldı.
Prezident İlham
Əliyev bir daha Azərbaycanın
prinsipial mövqeyini səsləndirərək
qeyd etdi ki, münaqişənin sülh
yolu ilə həlli üçün
ilk növbədə, Ermənistan
silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən
çıxarılmasına nail olmaq lazımdır. ATƏT-in
Minsk qrupunun həmsədrləri
tərəfindən də aydın şəkildə dəstəklənən
və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində
təsbit olunmuş Azərbaycanın bu tələbinin yerinə yetirilməsi ilə
regionda təhlükəsizlik, sərhəd
və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri
üzrə məsələlərin
razılaşdırılması üçün
geniş imkanlar yaranacaq. Belə ki, Ermənistan
qoşunları Azərbaycan ərazilərində
olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və əsaslı
şəkildə hərbi insidentlər azalacaq.
Biz sülhü bərqərar
edəcəyik və regionu inkişaf etdirəcəyik. Görüşün əsas
nəticələrindən biri kimi mən Fransa Prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi üzərində
işə başlamağın zəruriliyi barədə
münaqişə tərəfləri kimi
Ermənistan və Azərbaycana
çağırışını qeyd
edərdim. Azərbaycan dəfələrlə bəyan edib ki, bu
işə hazırdır.
Azərbaycan.-
2014.- 30 oktyabr.- S. 3.