Bakıda Türkiyənin
milli bayramı qeyd edildi
Oktyabrın 29-da Türkiyənin Azərbaycandakı
səfirliyi cümhuriyyətin
elan edilməsinin 91 illiyi münasibətilə
rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər
verir ki, hər iki ölkənin
dövlət himnləri
səsləndirildikdən sonra
səfir İsmail Alper Coşkun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və
ölkəsinin keçdiyi
inkişaf yolundan danışdı.
Səfir qeyd etdi ki,
Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük
addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.
İkitərəfli əlaqələrin
inkişafında dövlət
və hökumət başçılarının rolunu
xüsusi vurğulayan
İsmail Alper Coşkun dedi ki, yüksək səviyyəli qarşılıqlı
səfərlər, aparılan
danışıqlar və
imzalanmış çoxsaylı
sənədlər ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərini ən
yüksək səviyyədə
davam etdirməyə imkan yaradır.
Bildirildi ki, bu gün
Türkiyə və Azərbaycan sıx birliyə nail olublar, ölkələrimiz iqtisadi
cəhətdən inkişaf
etdikcə gələcəyə
daha inamla addımlayırlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan
səfir Azərbaycanın
işğal altında
olan ərazilərinin
tezliklə azad edilməsinin zəruriliyini
vurğuladı. O bildirdi ki, bu məsələ
təkcə Azərbaycanın
deyil, bütün türk dünyasının
problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim
iştirakçılarını, bütün Türkiyə
xalqını təbrik
edən Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə
firavanlıq və uğurlar arzuladı. İki ölkə arasındakı
mövcud münasibətlərdən
danışan Baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və
hərbi sahələrdə
sıx əməkdaşlığın
olduğunu dedi. Abid Şərifov bildirdi ki, ulu öndər
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra
ölkələrimiz arasındakı
əlaqələr strateji
tərəfdaşlıq xarakteri
alıb, qardaşlıq
əlaqələrimiz daha
da möhkəmlənib.
Bu gün bu
əlaqələr sürətlə
inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda
da daim bir-birini
dəstəkləyir və
eyni mövqedən çıxış edir.
Abid Şərifov Azərbaycanda
həyata keçirilən
bir sıra strateji layihələrdə
Türkiyədən olan
şirkətlərin fəal
iştirak etdiklərini,
bunun da hər iki ölkənin
iqtisadiyyatının inkişafına
xidmət etdiyini söylədi. Baş nazirin müavini
yaxın 5-6 ildə Türkiyəyə 20 milyard
dollara qədər Azərbaycan investisiyalarının
qoyulacağını əlavə
etdi.
Abid Şərifov Türkiyənin
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı nümayiş
etdirdiyi qardaşlıq
mövqeyini yüksək
qiymətləndirdi.
Qəbulda dövlət və
hökumət rəsmiləri, Milli Məclisin
deputatları, xarici ölkələrin Azərbaycandakı
səfirləri, türkiyəli iş
adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan.-
2014.- 30 oktyabr.- S. 4.