Mübariz Qurbanlı: Azərbaycanda
bütün dini konfessiyalara bərabər imkanlar
yaradılıb
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika
Yəhudiləri Yardım Təşkilatının Azərbaycan
bölməsinin sədri Rav Şmuel Simantov ilə
görüşüb.
Komitədən AzərTAc-a verilən məlumata görə, görüşdə Mübariz Qurbanlı bildirib ki, Azərbaycan vətəndaşı “Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.
Rav Şmuel Simantov Azərbaycanda
yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda
dövlət-din münasibətlərinin yüksək səviyyədə
qurulmasından məmnun olduğunu bildirib. Qonaq qeyd edib ki,
Azərbaycanda yəhudilərə qarşı daima
xoş münasibət olub
və biz yəhudi icması olaraq hər zaman Azərbaycan
xalqının və Azərbaycan dövlətinin
yanındayıq.
Azərbaycan.-
2014.- 30 oktyabr.- S. 4.