Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Baş nazirinin
birinci müavininin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
30-da Xorvatiya Respublikası Baş nazirinin birinci müavini,
xarici və Avropa işləri üzrə naziri Vesna
Pusiçin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüşdə
Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə
dinamik inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində
əməkdaşlıq üçün yaxşı
imkanların olduğu bildirildi və bu baxımdan “Cənub”
qaz dəhlizinin əhəmiyyəti vurğulandı.
Söhbət
zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq
və qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 31 oktyabr.- S. 1.