«Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 nömrəli Fərmanını "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1232; 2008, ¹ 5, maddə 371, ¹ 8, maddə 715, ¹ 9, maddə 797; 2009, ¹ 4, maddə 226; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477) 5.12-ci bəndində hər iki halda "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 31 oktyabr.-  S.1.