Gənclər siyasəti üzrə I qlobal forum
Bakı Bəyannaməsinin
qəbulu ilə başa çatdı
Bakıda keçirilən Gənclər siyasəti üzrə I qlobal forum oktyabrın 30-da başa çatıb. AzərTAc xəbər verir ki, forumun sonuncu günü keçirilən regional sessiyalarda Afrika, Ərəb ölkələri (Qərbi Asiya), Asiya və Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı görülən işlər müzakirə edilib, təcrübə mübadiləsi aparıldı.
Sonra sessiyaların
moderatorları müzakirələrlə
bağlı hesabat verdilər. BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavinin
moderatorluğu ilə
keçirilən sessiyada
çıxış edənlər
gənclərin siyasi proseslərdə iştirakı
və bu proseslərə göstərdikləri
təsir, dünya gənclər təşkilatlarının
fəaliyyəti, gənclər
arasında işsizliklə
bağlı problemlər,
gənclərin sahibkarlıq
fəaliyyəti, yaxşı
ali təhsil
almağın əhəmiyyəti
haqqında danışdılar.
Müxtəlif ölkələri təmsil edən nümayəndələr "Ebola" virusuna qarşı birgə mübarizənin vacibliyini vurğuladılar,
bu işdə həmrəyliklərini nümayiş
etdirdilər.
Sonra BMT baş
katibinin 2015-ci ildən
sonrakı İnkişaf
Planı üzrə xüsusi məsləhətçisi
Əminə Muhammadın
forum iştirakçılarına videomüraciəti nümayiş
olundu. Müraciətdə
dünya gənclərinin
ilk qlobal tədbirinin yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan hökumətinə
minnətdarlıq ifadə
olundu, forumun əhəmiyyəti vurğulandı.
Daha sonra forumun "Nəticələr,
öhdəliklər və
fəaliyyətlər" mövzusunda
son sessiyası keçirildi. Avropa Şurası gənclər departamentinin
təhsil və təlim bölməsinin rəhbəri Rui Qomesin moderatorluğu ilə keçirilən sessiyada üç gün ərzində forumda aparılan səmərəli müzakirələrdən,
səsləndirilən maraqlı
ideyalardan danışıldı.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış
edərək forumda gənclərlə bağlı
bir sıra mühüm məsələlərin
müzakirə olunduğunu
bildirdi. Nazir müzakirələr zamanı əsas diqqətin gənclər və dövlət, gənclər və cəmiyyət arasında münasibətlərə ayrıldığını
söylədi. O, forumun
gənclərə təcrübə
mübadiləsi aparmaq
üçün yaxşı
imkan yaratdığını
və bu tədbirin bir çox maraqlı məqamlarla yadda qaldığını diqqətə
çatdırdı.
A.Rəhimov dedi ki, gələcəyimiz olan gənclərə böyük
diqqət göstərmək
çox vacibdir. Onların inkişafı üçün
ən önəmli məsələlərdən biri
də keyfiyyətli təhsildir. Azərbaycan coğrafi
baxımdan çox önəmli məkanda yerləşir. Biz gənclərimizin digər
ölkələrin gəncləri
ilə daim ünsiyyətdə olmalarını
və yaxşı təcrübə qazanmalarını
istəyirik.
Azərbaycanın dünyada baş verən proseslərə ciddi yanaşdığını
vurğulayan A.Rəhimov
Prezident İlham Əliyevin göstərişi
ilə ölkəmizin
"Ebola" virusu ilə
mübarizə üçün
BMT-nin Qlobal Fonduna bir milyon
dollar yardım edəcəyini
xatırlatdı.
Küveytin gənclər məsələləri
üzrə dövlət
naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah bildirdi ki, biz forumda əldə etdiyimiz təcrübəni öz ölkəmizdə gənclər
siyasətinin inkişafında
istifadə edəcəyik. Forum dünya gəncləri üçün böyük
əhəmiyyətə malikdir.
Küveytli nazir növbəti
forumun da bu cür müvəffəqiyyətlə
keçiriləcəyinə əminliyini ifadə etdi, bu tədbirin
yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan hökumətinə
təşəkkürünü bildirdi.
Sonda forumun Bakı Bəyannaməsi qəbul olundu.
Bununla da üç gün davam edən Gənclər siyasəti üzrə I qlobal forum öz işini başa çatdırdı.
Azərbaycan.-2014.-
31 oktyabr.- S.7.