Vergilər naziri Salyanda vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşları qəbul
edir, onların qarşılaşdığı problemlərin
həllinə köməklik göstərirlər.
AzərTAc
xəbər verir ki, növbəti belə qəbul oktyabrın
30-da vergilər naziri Fazil Məmmədov tərəfindən
Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində
Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşlar
üçün keçirilib. Vergilərin hesablanması,
ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi,
vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində
sahibkarların qarşılaşdıqları problemlər,
vergi ödəyicilərinə göstərilən xidmətlər,
kiçik sahibkarlığa güzəştli kreditlərin
verilməsi, vergi orqanlarına işə qəbul və digər
məsələlərlə bağlı 40-dan çox vətəndaşın
müraciətinə baxılıb.
Qəbul
zamanı qaldırılan problemlərin əksəriyyəti
yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə
götürülüb, digərlərinin
araşdırılması və lazımi tədbirlərin
görülməsi ilə bağlı müvafiq
tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar
onlar üçün yaradılan bu imkandan razı
qaldıqlarını bildiriblər.
Azərbaycan.-2014.- 31 oktyabr.- S.8.