Avropa İttifaqı
Şurasının yeni seçilmiş
Prezidenti Zati-aliləri cənab Donald Tuska
Hörmətli cənab Baş nazir,
Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə və hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.
İnanıram ki, Azərbaycanın Avropa İttifaqının bütün strukturları ilə əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 1 sentyabr 2014-cü il.
Azərbaycan.-
2014.- 2 sentyabr.- S.1.