Çin
Xalq Respublikasının Nankin
şəhərində keçirilən Yeniyetmələrin II
Yay Olimpiya
Oyunlarında Azərbaycan Respublikasının
idmançıları və onların məşqçiləri
üçün ən yüksək nəticələrə
görə mükafatların müəyyən edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri
tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə
25 min manat;
1.2. ikinci
yeri tutan hər bir idmançıya
30 min manat, onun məşqçisinə 15 min manat;
1.3. üçüncü
yeri tutan hər bir idmançıya
20 min manat, onun məşqçisinə 10 min manat.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust
2014-cü il
Azərbaycan.-
2014.- 2 sentyabr.- S.2.