N.M.Quliyevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Nizaməddin Məhəmməd oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.1.