Türkiyə
hökuməti işğal
altındakı Azərbaycan torpaqlarının azad
olunması üçün səylərini
davam etdirəcək
Baş nazir Əhməd
Davudoğlu Türkiyə Böyük Millət Məclisində
yeni hökumətin fəaliyyət proqramı ilə
bağlı çıxış edib.
Baş nazir hökumətin xarici siyasət proqramında bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin də əksini tapdığını bildirib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ regionu və ona bitişik rayonların azad edilməsi və Ermənistan ilə Azərbaycan arasında sülhün yaranması istiqamətində səylərin göstərilməsi AKP hökumətinin xarici siyasətində əsas istiqamət kimi göstərilib.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.2.