Azərbaycan-UNICEF
əməkdaşlığının perspektivləri
müzakirə edilib
Sentyabr 2-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in ölkəmizəki
nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzen ilə
görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan ilə UNICEF arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov UNICEF-in rəhbərini yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar diləyib.
Azərbaycanın sürətlə
inkişaf etdiyini
bildirən A.Şilakadze ölkəmiz ilə
UNICEF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi
üçün böyük
potensialın olduğunu diqqətə
çatdırıb.
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.2.