“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunub

 

Bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1 sentyabr 2014-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb. 

Fərmanda qeyd olunub ki, davamlı inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında dinamik yüksəlişə nail olunmuşdur. Sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla icra edilməsi makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına, sahibkarlığın və özəl sektorun inkişafına, investisiya qoyuluşlarının artmasına, yeni müəssisələrin və yerlərinin açılmasına, sosial infrastruktur təminatının güclənməsinə, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yüksəlməsinə təkan vermişdir.

Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində muxtar respublika iqtisadiyyatı inkişafın yeni mərhələsinə yüksəlmişdir.

Muxtar respublikada formalaşmış əlverişli iqtisadi mühit, əldə edilmiş yüksək inkişaf göstəriciləri proqram-məqsədli idarəetmənin səmərəliliyini təsdiq edirsosial-iqtisadi inkişaf sahəsində başlanmış tədbirlərin yeni mərhələdə davam etdirilməsi zərurətini yaradır.

Fərmanda bildirilir ki, muxtar respublikada növbəti mərhələdə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədiylə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq olunması qərara alınıb.

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.4.